Şöhrət Məmmədov - Ömrüm Günüm

147 İzlenme
Yayınlanma tarihi
Şöhrət Məmmədov - Ömrüm Günüm
Söz/Mus: Şöhrət Məmmədov
Miks və Masterinq : Rövşən Muhamməd
Menecer: Dildara Eyyubova


\"Ömrüm Günüm\" Sözləri

Əllərimi həyatdan üzüb gedən zaman
Mənə dərman kimi gəldin ömrüm günüm
Bu qədər ağrılar,acılar çəkdiyimi
Söylə görüm hardan bildin ömrüm günüm

Bu sitəmi, dərdi ata bilmərəmki sənsiz
Qəlbimin səsindən yata bilmərəmki sənsiz
Kor olar gözlərim sən olmasan ağlayar
Gözümün yaşını sildin ömrüm günüm

Bunu mənə küləklər,yağışlar dedi
Nə etsəmdə həmişə bağışlar dedi
Hər gün doğmalaşan baxışlar dedi
Dediki sənsiz olmaz ay ömrüm günüm

Həyat səninlə şad firəvan,şahanə
Sənə həmişə axtaracam bəhanə
Evim,eşiyim sənsiz olar viranə
Yerin əsla dolmaz ay ömrüm günüm

Xəbər verir ruhum hər bir anından
Sən dəyərlisən bu şirin canımdan
Nə olar məni üzmə getmə yanımdan
Sevən dərdə salmaz ay ömrüm günüm

Mən Tanrıya bağladım bu diləyi
Verdi ona mənim kimi mələyi
Allah həmişə bir döyünən ürəyi
Bir-birindən almaz ay ömrüm günüm

#ŞöhrətMəmmədov #ÖmrümGünüm #ŞöhrətÖmrümGünüm
Kategori
Türkce Video Klipler
Etiketler
Şöhrət Məmmədov
Yorum yazmak için Giriş yap ya da Üye ol .
Henüz yorum yapılmamış. İlk yorumu siz yapın.